Bakıda sərxoş piyadanı yük avtomobili vurdu - - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakıda sərxoş piyadanı yük avtomobili vurdu - - FOTOLAR

Bakıda sərxoş piyadanı yük avtomobili vurub.

Publika.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Kürdəxanı qəsəbəsində 1962-ci il təvəllüdlü Nuriyev Elxan İslam oğlu yolu keçərkən onu “Ford” markalı yük avtomobili vurub. Piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, E.Nuriyev sərxoş vəziyyətdə olub. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm