Bakıda tanınmış şəxsin qardaşından DƏHŞƏTLİ ADDIM: atasının üstünə benzin töküb yandırdı, sonra...
Bizi izləyin

Hadisə

Bakıda tanınmış şəxsin qardaşından DƏHŞƏTLİ ADDIM: atasının üstünə benzin töküb yandırdı, sonra...

81 yaşlı atasını amansızlıqla öldürən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində hakim hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə bu il yanvarın 31-də baş verib. Cinayəti törədən 31 yaşlı İlyas Mehdiyev hadisəni törədən zaman içkili olub. O, atası İmdad Mehdiyevdən pul tələb edib. Pulu olmadığını deyən ahıl kişi ilə oğul arasında davası düşüb. Sonda da dəhşətli qətl baş verib.

Ata ilə oğul arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. İlyas Mehdiyev atasından evi satmasını tələb edib. Uzun müddət ata ilə oğul arasında söz-söhbətlər sonda dəhşətli cinayətlə nəticələnib. Atasının razılığını ala bilməyən İlyas Mehdiyev onu öldürmək qərarına gəlib.

Hadisə baş verən gün maşını ilə evə gələn İlyas qapını döyərkən içəridən bağlı olduğunu görüb. O, atasının evdə olduğunu və yatdığını bilib. İlyas daha sonra maşınından benzin götürərək evə gəlib. Qapını növbəti dəfə döyəndə atası qapını açıb. Eyni mövzu üstündə tərəflər arasında mübahisə başlayıb. İlyas butulkada olan benzini atasının üstünə tökərək onu yandırıb. Evi də yandırmaq istəyən İlyas benzinin qalanını evə tökərək od vurub. Bundan sonra İlyas evi tərk edib.

Məhkəmədə ifadə verən İ.Mehdiyev ittihamla özünü təqsirli bildiyini deyib.

Əlavə söz demək istəməyən İ.Mehdiyev “Hər şey göz qabağındadır. Açıq və aydındır” deyərək əməlini etiraf edib.

Növbəti iclası iyulun 31-nə təyin edilib.

Bildirək ki, mərhum 81 yaşlı İmdad Mehdiyev digər oğlu Mehdi Mehdiyevdir. O, Əfv Komissiyasının üzvü, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhidailələri” İctimai Birliyinin sədri olan M.Mehdiyev QHT sektorunda tanınmış adamdır.

İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsullaadam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etməvə ya zədələmə) maddələri ilə təqdirli bilinir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm