Biləsuvarda QORXUNC OLAY: 9 yaşlı oğlan 7 yaşlı uşağı başından VURDU - TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Biləsuvarda QORXUNC OLAY: 9 yaşlı oğlan 7 yaşlı uşağı başından VURDU - TƏFƏRRÜAT - (YENİLƏNDİ)

Biləsuvar rayonunun Günəşli kənd icra nümayəndəsi Əli Eyvazov Publika.az-a açıqlamasında hadisənin Səbinə Qasımovanın yaşadığı evdə baş verdiyini deyib:

“Səbinə ilə Bəxtiyar bibiqızı dayıoğludur. Həmişə bir yerdə oynayırlar. Bu gün səhər də Bəxtiyar oynamaq üçün Səbinəgilə gəlib. Onlar tək olmayıblar, yanlarında bacı-qardaşları, qohum uşaqlar olub. İmkansız ailədirlər, balaca əl damında qalırlar. Hadisə də elə orada olub. Bəxtiyar ov tüfəngini əlinə alan kimi açılıb, Səbinənin başından dəyib. Qız elə oradaca ölüb”.

Ə.Eyvazov ərazidə polis və prokurorluğun əməkdaşlarının hadisə yerində olduğunu, S.Qasımovanın meyitinin təsrih üçün rayon mərkəzinə aparıldığını deyib.

***

Biləsuvar rayonu Günəşli kəndində azyaşlı öz qohumunu tüfənglə vuraraq öldürüb.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, 2008-ci il təvəllüdlü Bəxtiyar Gözəlov 2010-cu il təvəllüdlü Səbinə Qasımovanı ov tüfəngilə güllələyərək öldürüb. Bəxtiyar bir atəşlə Səbinəni vurub, qız hadisə yerində dünyasını dəyişib. Onlar dayıoğlu bibiqızı imişlər. Sakinlər hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyir.

Hazırda Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm