Şirvanda toy mərasimində bəyi əqrəb sancıb
Bizi izləyin

Hadisə

Şirvanda toy mərasimində bəyi əqrəb sancıb

Şirvan şəhər sakinini əqrəb sancıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.

E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.

Eyni anda başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Sonuncuya da yardım edildikdən sonra evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm