Dilənçiliklə məşğul olan 10 yaşlı qız YOXA ÇIXDI - Bakıda
Bizi izləyin

Hadisə

Dilənçiliklə məşğul olan 10 yaşlı qız YOXA ÇIXDI - Bakıda

Bakıda dilənçiliklə məşğul olan 10 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Publika.az lent.az-a istinadən xəbər verir ki, Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Qəmrayeva Tünzalə Malik qızı bildirib ki, 2007-ci il təvəllüdlü qızı Qəmər metronun "Xətai" stansiyası yaxınlığında yoxa çıxıb. O, bildirib ki, qızını dilənçiliklə məşğul olması üçün Xocalı prospekti 18-in qarşısına qoyub. Bir neçə saat sonra geri qayıdanda isə qadın qızını tapa bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm