İki il qabaq anası öldü, atasının aldığı ikinci arvadın ŞAH DAMARINI KƏSDİ - DƏHŞƏTLİ TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

İki il qabaq anası öldü, atasının aldığı ikinci arvadın ŞAH DAMARINI KƏSDİ - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Neftçala rayonunda Xolqarabucaq kəndində 1981-ci il təvəllüdlü Səfərov Əlibala Bayramağa oğlu analığı, 1971-ci il təvəllüdlü Mərdiyeva Bahar Mirzəağa qızını bıçaqla qətlə yetirib.

Publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, Ə.Səfərovun psixoloji problemləri olub:

“Onda 5-6 il əvvəl psixoloji problemlər yaranmağa başladı. Hər iki Aydan bir həkim müayinəsində olurdu, lazımi iynələr vurulurdu. O, özü də ailəlidir, bir uşağı var. Hadisə bu gün günorta 14 radələrində olub. Yemək yeyəndən sonra həyat yoldaşı iynə vurdurmaq üçün evdən çıxıb. Əlibala analığı ilə evdə tək qalıb. Aralarında nəsə mübahisə olub, o da bıçağı götürərək qadının şah damarını kəsib”.

Sakinlər bildirir ki, oğlan sakit adamdır, analığı ilə ciddi problemləri olmasa da, arada mübahisələri düşürmüş:

“Əlibalanın anası xərçəng xəstəsi idi, iki il əvvəl ağrılara dözə bilmədiyindən intihar etmişdi. Hadisədən bir il sonra atası bu qadınla evləndi. Kişinin ikinci evliliyindən övladı olmayıb. Əlibalanın isə bir bacısı var, o da ailəlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm