Bakıda gecənin ən dəhşətli qəzasının TƏFƏRRÜATLARI - 10 maşın... (YENİLƏNDİ) - - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakıda gecənin ən dəhşətli qəzasının TƏFƏRRÜATLARI - 10 maşın... (YENİLƏNDİ) - - FOTOLAR

Ziya Bünyadov prospektinə giriş-çıxış bağlanıb.

Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində 10 maşının iştirakı ilə baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report" xəbər verir ki, qəza nəticəsində "99-GB-821" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu və "99-GV-549" dövlət qeydiyyat nişanlı "Opel"in sürücüsü Zeynalov Zeynal, onun həyat yoldaşı Abdullayeva Könül və 5 yaşlı qızı Zeynalova Nuranə müxtəlif bədən xəsarətləri alaraq Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Qəza yüksək sürətlə hərəkətdə olan "Shacman" markalı yük maşınının prospektdə yerləşən tuneldə 1 yük maşını və 8 minik avtomobili ilə toqquşması nəticəsində baş verib.

Ziya Bünyadov prospektində maşınların hərəkəti bərpa edilib.

***

Bakının Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari yol qəza baş verib

"Report" xəbər verir ki, Ziya Bünyadov prospektində yerləşən tuneldə "Shaqman" markalı "99-EJ-717" dövlət qeydiyyat nişanlı yük maşını 8 minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri "Hundai" markalı minik avtomobilinin sürücüsü olan Ruslan adlı şəxsdir.

Hazırda Ziya Bünyadov prospektinə giriş-çıxış bağlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm