"Qırmızı"da keçdi, qəza törətdi - Xəsarət alan var
Bizi izləyin

Hadisə

"Qırmızı"da keçdi, qəza törətdi - Xəsarət alan var

Faktla bağlı araşdırma aparılır.

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, qəza Azadlıq və Vaqif prospektlərinin kəsişməsində qeydə alınıb.

Qəza "Toyota" markalı avtomobil ilə Azadlıq prospektində hərəkətdə olan Məcid Bağırovun işıqforun qırmızı işığına məhəl qoymaması nəticəsində baş verib. Nəticədə "Toyota" Vaqif prospekti ilə hərəkətdə olan Fərhad Baxşıyevin idarə etdiyi "Kia" və Əli Cavadovun idarəetməsində olan "London Taksi"sinə çırpılıb. Baş verən qəza zamanı "Kia" markalı avtomobildə olan qadın sərnişin üz nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü M.Bağırovun izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm