Qutabxana partladı - Xəsarət alan qadın dünyasını dəyişdi
Bizi izləyin

Hadisə

Qutabxana partladı - Xəsarət alan qadın dünyasını dəyişdi

Faktla bağlı araşdırma aparılır.

Bir neçə gün əvvəl Gəncədəki qutabxanada baş verən partlayış zamanı xəsarət alan qadın dünyasını dəyişib.

Publika.az xəbər verir ki, şəhərin Əttarlar və Nizami Gəncəvi küçələrinin kəsişməsində, şəhər sakini Xaləddin Sarıyevə məxsus qutab bişirilən 4 kvadratmetrlik obyektdə qeydə alınan hadisə zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Qənirə Əsgərova yanıq xəsarətləri ilə paytaxtdakı xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 52 yaşlı qadın Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. .

Qeyd edək ki, hadisə zamanı Q. Əsgərovadan başqa obyektin sahibi X. Sarıyev də yanıq xəsarətləri alıb. Onun vəziyyəti normadır.

Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm