Hadisə
Göygöldəki QƏTLİN TƏFƏRRÜATI: "Arvadımı başqası ilə gəzdiyi üçün öldürdüm" - (YENİLƏNDİ)
Göygöl rayonunda ana və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.
Arvadını və qayınanasını öldürən Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Adil oğlu Əliyev polisə könüllü olaraq təslim olub.
O, ilkin dindirmələr zamanı arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı namus üstündə, qayınanası, Tovuz rayon Əlimərdanlı kənd sakini, 1964-cü il təvəllüdlü Minayə Əliyevanı isə həyat yoldaşını döyən zaman onları ayırmaq məqsədi ilə araya girərkən təsadüfən vurduğunu deyib: "Çox söz-söhbət gəzirdi. Ona görə də bezmişdim. Həyat yoldaşıma isə xəbərdarlıq edərək belə bir şey olsa, onu öldürəcəyimi demişdim. Başqa çıxış yolum yox idi. Artıq yoldaşımın çıxardığı oyunları bütün kənd bilirdi. Mən fəhlə əzab-əziyyətlə çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin? Onu namus üstündə, başqası ilə gəzdiyi üçün öldürmüşəm".
Zaurun atası A.Əliyev oğlunun hadisəni namus üstündə törətdiyini bildirib: "Heç kim istəməzdi belə bir şey olsun. Nəticədə, oğlumun ailəsi dağıldı, həyatı məhv oldu. Oğlum hadisəni qısqanclıq zəminində törədib".
Kənd sakinlərinin verdiyi məlumata görə, Günel Əliyevanın başqa bir kişi ilə gəzməsi kəndə yayılıb. Məsələdən xəbər tutan Zaur Əliyev isə bu hadisəni törədib.
Məlumata görə, Zaurun ailəsi 2007-ci ildə Gəncə şəhərindən Göygöl rayonunun Qızılca kəndinə köçüb. Zaur valideynləri ilə birgə yaşayırmış. O, atası ilə birgə günəmuzd olaraq elektrik və bənna işləyirmiş. Ona görə də çox vaxt ata və oğul evə axşam saatlarında gəlirmiş. Günel Əliyeva isə evdə çox vaxt iki azyaşlı övladı və qayınanası ilə birgə olurmuş. Deyilənlərə görə, Günelin qayınanası qohumlarının evinə gedən zaman isə o evə başqa birini gətirib.
Hadisədən bir gün əvvəl Zaur öz həyat yoldaşının başqasıya görüşməsi ilə bağlı eşitdiklərinə aydınlıq gətirmək üçün həm xalası, həm də qayınanası olan Minayə Əliyevanı evinə çağırıb. Hadisə baş verən zaman evdə onların 1 və 2-ci sinifdə oxuyan uşaqları, Zaurun anası və atası da olub. Zaurla həyat yoldaşı arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Zaur mətbəx bıçağı ilə Günelin başını kəsərək bədənindən ayırıb. Hadisədən dəhşətə gələn Minayə Əliyeva qızının öldüyün görüb Zaurun üstünə atılıb. Zaur isə qayınanasına bir neçə bıçaq zərbəsi vuraraq onu yaralayıb. Günel hadisə yerində, azyaşllı övladlarının gözü qarşısında ölüb. Onun anası M.Əliyeva isə xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisədən sonra Zaurpolisə zəng vuraraq hadisəni törətdiyini bildirib və könüllü olaraq təslim olub. (report)
***
Göygöldə baş verən cinayətin təfərrüatları məlum olub.
Yeni Qızılca kənd nümayəndəsi Sahil Babayevin Publika.az-a verdiyi məlumata görə, şübhəli şəxs həyat yoldaşının boğazını kəsib, daha sonra da qayınanasını öldürüb:
"Onlar əslində heç bizim kənddə qeydiyyatda deyillər. Gəncə şəhərində qeydiyyatdadılar. Əliyev Zaur kənddə rəngsaz işləyirdi. Sakit, ağıllı-başlı oğlan idi. Bu günə qədər kənddə heç kim ondan şikayət etməyib. Psixoloji problemləri olmayıb. Ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı Əliyeva Günelin boğazını kəsib, sonra da qayınanasını bıçaqlayıb. Xəstəxanaya çatdıra bilməyiblər. Hər ikisi təcili tibbi yardım maşınında dünyasını dəyişib. İki övladları var. Məndə olan məlumata görə, uşaqlar hazırda oğlanın anasının yanındadır. Hadisədən sonra Əliyev Zaur uşaqları anasına verib, özü də könüllü şəkildə Gəncə şəhər polisinə təslim olub".
Könül Cəfərli
***
Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub.
Publika.az APA-ya istinadən bildirir ki, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası həmdə xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.
Məlumata görə ailənin iki övladı var.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***20:35
Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Publika.az APA-ya istinadən bildirir ki, öldürülən qadınların ana və qızı olduğu məlum olub.
Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq əməliyyat tədbirləri həyata keçirilir.
*** 19:00
Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.
Publika.az bildirir ki, onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA