Sevgilisiylə birlikdə atasını bıçaqlayan qız ailəli olubmuş - YENİLƏNDİ - - VİDEO
Bizi izləyin

Hadisə

Sevgilisiylə birlikdə atasını bıçaqlayan qız ailəli olubmuş - YENİLƏNDİ - - VİDEO

Göygöl rayonunda baş verən bıçaqlanma hadisəsində yeni faktlar ortaya çıxıb.

Çaykənd icra nümayəndəsi Eşqin Ocaqverdiyevin Publika.az-a verdiyi məlumata görə, 49 yaşlı Budaq Abdullayev kənddəki evində yaşamırmış:

"Hadisə baş verən zaman biz ərazidə olmuşuq. Biz də hadisə ilə bağlı sosial şəbəkələrdən oxuduq. Budaq Abdullayev özü Şəmkirdə işləyir, elə orda da yaşayırdı. Həftə sonları ailəsinin yanına gəlirdi. Çaykəndində həyat yoldaşı, bir də qızı qalır. Qızı bir dəfə ailəli olub boşanmışdı. Ailə haqqında şikayət olmayıb, söz-söhbətli insanlar deyildilər. Hadisəyə özümüz də təəccüblənmişik".

Qeyd edək ki, yazılanlara görə, ata 25 yaşlı qızını evdə sevgilisi ilə görüb. Yaranan mübahisə zəminində qız sevgilisi ilə əlbir olub mətbəx bıçağı ilə atasına 12 zərbə vurub.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

***

Göygöl rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Çaykənd kənd sakini 49 yaşlı Budaq Abdullayev döş qəfəsinin və qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

Budaq Abdullayevin qızı Qızbəsti Abdullayeva və onun sevgilisi tərəfindən döyülərək bıçaqlandığı deyilir.

Məlumata görə, 25 yaşlı qız sevgilisini evə gətirib. İşdən qayıdan ata onları bir yerdə görəndən sonra isə aralarında münaqişə yaranıb. Hadisə də bundan sonra baş verib. Qız mətbəx bıçağı ilə atasına 12 zərbə vurub. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar.

Araşdırmalar davam etdirilir.

(arb.tv)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm