Hadisə
Azərbaycanda oğurlanan nadir əşyalar tapıldı
Lerikdə oğurlanan 8 ədəd nadir tapıntı tapılıb.
Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun
direktoru, tarix elmləri doktoru Maisə Rəhimova məlumat verib. Onun
sözlərinə görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində nadir
tapıntılar Gürdəsər kəndi ərazisində aşkarlanıb.
M. Rəhimova bildirib ki, materiallara hər hansı bir ziyan dəyməyib.
Direktor qeyd edib ki, istintaq sirri olduğu üçün hadisəni
törədənin kimliyi haqda məlumat verilmir.
Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar
olunmuş qəbirlərdən 8 ədəd nadir tapıntı oğurlanıb.
Rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisindəki
qəbirlərdən 3 ədəd heyvan formalı qab, 1 ədəd qara rəngli qab, 1
ədəd tunc qab, 1 ədəd muncuq və 2 ədəd qara rəngli nazik məftildən
boyunbağı yoxa çıxıb.
Nadir tapıntıların oğurlanması faktı ilə bağlı cinayət işi
başlanıb. Lerik rayon Polis Şöbəsindən verilən məlumata görə,
faktla bağlı Cinayət Məcəlləsinin 183.1-ci (xüsusi tarixi, elmi,
ədəbi və ya mədəni dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət
işi açılıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. (apa)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!