Külli miqdarda siqareti gizli yolla keçirmək istəyərkən tutuldu
Bizi izləyin

Hadisə

Külli miqdarda siqareti gizli yolla keçirmək istəyərkən tutuldu

Gürcüstandan ölkəyə gizli yolla 5 min 200 ədəd siqaret keçirmək istəyən şəxs tutulub.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, hadisə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda baş verib.

Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən və aksiz markası olmayan 5 min 200 ədəd “Vinston” markalı siqaretlər aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm