Tovuzda camış bir qadını öldürdü, digərinə xəsarət yetirdi
Bizi izləyin

Hadisə

Tovuzda camış bir qadını öldürdü, digərinə xəsarət yetirdi

Ötən gün Tovuz rayonunun Sarıtala kəndində bədbəxt hadisə baş verib.

Kənddə camış fermasında çalışan 1968-ci il təvəllüdlü Məryəm Paşayevaya kəl (erkək camış) hücum edib. Bu zaman M. Paşayevanın qohumu olan 1957-ci təvəllüdlü Gədəbəy sakini Quliyevə Maniə Saat qızı kəli ayırmaq istəyib. Ancaq kəl buynuzu ilə M. Quliyevanın boyun damarını partladıb və qadın hadisə yerində ölüb.

Xəsarət alan M. Paşayeva isə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm