Bakıda "KamAZ" və ev yanıb
Bizi izləyin

Hadisə

Bakıda "KamAZ" və ev yanıb

Bakıda iki yanğın hadisəsi qeydə alınıb.

Publika.az FHN-nin saytına istinadən bildirir ki, paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin kabinəsi yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının Sabunçu rayonunda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm