Xəzərdə batan 3 nəfər xilas edilib
Bizi izləyin

Hadisə

Xəzərdə batan 3 nəfər xilas edilib

Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 15:40-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm