Hadisə
Azərbaycan əsilli şəxs Rusiyada məşhur idmançını öldürməkdə şübhəli sayılır - FOTO - VİDEO
Bu gün səhər Rusiyada pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyov öldürülüb.
Publika.az bildirir ki, APA-nın “360tv.ru” saytına istinadən verdiyi məlumata görə, A. Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində ölüb.
Sosial şəbəkələrdə həmin dava-dalaşın görüntüsü yayılıb. “Qazeta.ru” saytı A. Draçyovu öldürən şəxsin Azərbaycan əsilli 25 yaşlı Anar Ziranov olduğu, onun döyüş idman növləri ilə məşğul olduğunu yazıb. Digər məlumatlara görə, A. Draçyovu öldürən şəxs Amur sakini olan 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur. Həmin adlı şəxsin sosial şəbəkələrdə boksla və qaydasız döyüşlə məşğul olduğu əksini tapıb.
Xabarovsk polisi istintaqa adı məlum olan şübhəli şəxslə bağlı axtarış elan edib. Aeroport, vağzal və yollarda da axtarış aparılır.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı