Akif Çovdarovun məhkəməsində Tağı Əhmədovun nümayəndəsi çıxış etdi
Bizi izləyin

Hadisə

Akif Çovdarovun məhkəməsində Tağı Əhmədovun nümayəndəsi çıxış etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Bakı Metropalitetinnin sabiq rəhbəri Tağı Əhmədov və cinayət işində digər zərərçəkmişlərin hüquqi nümayəndələri çıxış edib.

Onlar mülki iddiaların təmin edilməsini və təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsini istəyiblər. Həmçinin “8-ci kilometr bazarı” epizodu üzrə zərərçəkmiş Səfərov qardaşları təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsini tələb etməyiblər: “Mülki iddiamız təmin edilsin”.

Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinə çıxış üçün vaxt söz verib. Lakin müdafiəçilər çıxışa hazır olmadıqları üçün məhkəmədən vaxt tələb ediblər.

Növbəti proses avqustun 28-də davam edəcək.

Məlumat üçün bildirək ki, prokuror Akif Çovdarun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanovun 9 il, Akif Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm