Hadisə
"Xəzinə Palace"-ın sahibi namaz qılan ofisiantı işdən qovdu: "Namazını məsciddə qılsın"
Xırdalanda yerləşən "Xəzinə Palace"da Vüqar adlı
ofisiant namaz qıldığı üçün işdən qovulub.
İddia edilir ki, Vüqar axşam saat 9-10 radələrində nəzarət etdiyi
stolu ofisiant yoldaşına tapşıraraq, administratordan icazə alıb və
10 dəqiqəlik namaz otağına namaz qılmağa gedib. Elə bu zaman stolda
oturan içkili qonaq Vüqarın yoxluğunu hiss edərək müdiriyyətə
şikayət edib. İçkili şəxs müdiriyyətə deyib ki, hanı bu stola baxan
ofisiant?
Bir müddət sonra geri qayıdan ofisiantla müdiriyyət arasında dialoq
yaşanıb. Ofisiant namaz qılmağa getdiyini bildirsə də şadlıq
sarayının rəhbərliyi onun dərhal işdən çıxarılması göstərişini
verib.
Şadlıq sarayının baş inzibatçısı Nizami Əliyev də ofisiantın işdən
çıxarılmasını təsdiq edib. O bildirib ki, iş vaxtı namaz
qılmazlar.
"Onun anası da burada işləyir. Mən onu işə götürəcəkdim. Əgər sizə
şikayət edibsə, onu ümumiyyətlə, bu şadlıq sarayının qabağından
keçməsini icazə verməyəcəm. Bura namaz qılmaq yeridir? Getsin
namazını məsciddə qılsın. Əgər iş vaxtı hamı namaz qılsa nə olacaq?
Onda müştərilərə kim xidmət göstərəcək?", - deyə baş inzibatçı
bildirib. (baku.ws)
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO