Şəki sakini meşədə güllələndi
Bizi izləyin

Hadisə

Şəki sakini meşədə güllələndi

Şəkidə 31 yaşlı kişi nəməlum şəxs tərəfindən güllələnib.

Avqustun 22-si saat 23 radələrində rayonun Baş Kəldək kənd sakini Səməd İsrail oğlu Əsgərov bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yaraları xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

S.Əsgərov ilkin ifadəsində bildirib ki, yaşadığı kəndin inzibati ərazisinin yaxınlığındakı meşə zolağında odun hazırlayan zaman naməlum şəxs tərəfindən ona ov tüfəngindən atəş açılıb.

S. Əsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata əsasən, hadisə ilə bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm