Gözəl Bayramlının şikayətinə baxılması təxirə salındı
Bizi izləyin

Hadisə

Gözəl Bayramlının şikayətinə baxılması təxirə salındı

AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərardan verilən apelyasiya şikayətinə baxılması təxirə salınıb.

Publika.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə şikayətə avqustun 24-də baxılacaq.

İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

Özünü şübhəli apardığına görə onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Gözəl Bayramlı barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla Gözəl Bayramlı 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm