Bakıda yük maşını sürücüsüz hərəkət edərək divara çırpıldı - - FOTO
Bizi izləyin

Hadisə

Bakıda yük maşını sürücüsüz hərəkət edərək divara çırpıldı - - FOTO

Bakı-Şamaxı yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində yük maşını yol kənarındakı hasara çırpılıb.

"Report" xəbər verir ki, Qasımov Samir Vaqif oğlunun idarəetməsində olan içərisi buğda ilə dolu olan "DAF" markalı yük avtomobilinin yanacağı Sulutəpə qəsəbəsində bitib.

Bu zaman sürücü avtomobilinin sürət qutusu qolunu "neytral" pilləyə qoyaraq benzin almağa gedib. O geriyə dönərkən avtomobilinin yaşayış evinin hasarına çırpıldığını görüb. Məlum olub ki, yük avtomobili yolun yuxarısından aşağıya doğru özü hərəkət edib. Nəticədə yük avtomobili deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm