Hadisə
Mənzildən külli miqdarda qızıl-zinət əşyaları oğurlayan dəstə ələ keçdi - FOTOLAR
Polis əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakini Vüqar Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək avqustun 20-dən 27-nədək evdə olmadığı müddətdə mənzilinə naməlum şəxs və ya şəxsləri daxil olduğunu və seyfdə saxladığı külli miqdarda qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Nərimanov RPİ əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Abşeron rayon sakinləri - Fəxri Nərimanlı, Nurlan Məmmədov və qohumu Qara Məmmədov tərəfindən törədildiyi müəyyən edilmiş və adları çəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Qeyd edək ki, mənzilə dəstə üzvləri F.Nərimanlı və N.Məmmədov daxil olub. Hadisədən sonra qeyd edilən şəxslər dəstənin digər üzvü Q.Məmmədovla görüşüblər.
Q.Məmmədov oğurlanan qızılları öz şəxsiyyət vəsiqəsi ilə Nəsimi rayonu ərazisində yerləşən lombarda və ticarət mərkəzlərindən birində satıb.
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!