Saatlıda 29 yaşlı gənci ilan sancdı
Bizi izləyin

Hadisə

Saatlıda 29 yaşlı gənci ilan sancdı

Saatlıda ilansancma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Dəlilər kəndində qeydə alınb.

Kənd sakini, 29 yaşlı Murad Abasəli oğlu Nəsirov həyətyanı sahədə iş görərkən onu ilan sancıb. Zərərçəkən dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tədbirlər görülüb. Zərərçəkmiş vəziyyətinin orta-ağır olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm