Xızıda 4 partlamamış sursat tapıldı
Bizi izləyin

Hadisə

Xızıda 4 partlamamış sursat tapıldı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilir.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, sentyabrın 3-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Şurabad kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 əkin sahəsinə, 1 otlaq sahəsinə, qəbiristanlığın yaxınlığına və ferma ərazisinə baxış keçirilmiş, 4 ədəd partlamamış hərbi sursat, 6 ədəd partlamış-yanmış mərmi qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 66 000 kv.m (6.6 ha) ərazi yoxlanılıb.

Həmçinin 02-03 sentyabr 2017-ci il tarixlərində Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının 42-ci km-dən 66-cı km-dək olan hissəsində 24 km kanal ərazisinə və 3 ədəd dükerlərə baxış keçirilib, kanalın içərisindən və yaxınlığından 274 ədəd partlamamış hərbi sursat (PHS), 1 107 ədəd partlamış-yanmış mərmi qalıqları, 1 156 kq yandırma, dükerlərdən isə 2 ədəd PHS, 19 ədəd partlamış-yanmış mərmi qalıqları, 3 kq yandırma aşkar edilərək götürülüb. 2 gün ərzində Taxta körpü-Ceyranbatan kanalından 276 ədəd PHS, 1 126 ədəd partlamış-yanmış mərmi hissələri, 1 159 kq yandırma aşkar edilərək götürülüb, nəticədə kanal ərazisinin partlamamış hərbi sursatlardan və onların qalıqlarından təmizlənməsi əməliyyatı tam başa çatdırılıb.

Gün ərzində Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, yerli sakinlərdən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Şurabad kəndləri ərazisinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 602 ədəd partlamamış hərbi sursat (PHS), 702 ədəd partlamış-yanmış raketin qalıqları, 443 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 782 195 kv.m (78.22 ha) ərazi yoxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm