Bakıda avtomobil piyadanı vurdu
Bizi izləyin

Hadisə

Bakıda avtomobil piyadanı vurdu

Faktla bağlı araşdırma aparılır.

Bakının Sabunçu rayonunda avtomobil piyadanı vurub.

Publika.az xəbər verir ki, Zabrat qəsəbəsi, Şəhər şosesində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Əliyev Səxavət Fərhad oğlunun idarə etdiyi "QAZ 31" markalı avtomobil bir kişini vurub.

Sürücü xəsarətləri ağır olan piyadanı öz avtomobili ilə 3 saylı Xəstəxanaya çatdırıb. Şəxsiyyəti hələ ki, məlum olmayan yaralının vəziyyətinin kritik olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm