Hadisə
Borca görə atasını öldürdü, anasını yaraladı – 18 il iş aldı
Bakıda borc üstündə atasını öldürməkdə, anasını isə yaralamaqda təqsirləndirilən Emin Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Emin Sadıqov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisı Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Emin Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Sadıqovu bıçaqlayaraq qətlə yetirib. Həmin zaman Emin Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Yasəmən Sadıqova xəstəxanaya yerləşdirilib. Emin Sadıqov 6 ay əvvəl həbsdən çıxıb. Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istəyib. Atası ilə mübahisənin də bu səbəbdən baş verib.
Hacı Zeynalov
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom