Hadisə
Bakıda doğranmış insanın başı da tapıldı
Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni avqustun 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb.
Bunu Suraxanı rayon hüquq-mühafizə orqanlarından bildiriblər.
Xəbərə görə kriminalistlər kəsilmiş başı və ayaqları "Azərsu” ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında bu gün səhər aşkar ediblər.
Qətlə yetirilmiş şəxsin bədəni də bundan əvvəl həmin ərazidə aşkarlanmışdı. Onun bədənində dörd güllə yeri aşkar edilib. Güllələr yaxın məsafədən atılıb, ancaq gilizlər tapılmadığından silahın tipini müəyyən etmək mümkün olmayıb. Belə görünür ki, qətli törədənlər şəxsi güllələdikdən sonra onun meyitini doğrayaraq kanalizasiya kollektoruna atıblar.
Qətlin haradasa şəhərdən kənarda, kimsəsiz yerdə törədildiyi ehtimal edilir. Şəxsin kəsilmiş başı onun kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir. Lakin hələlik vəhşicəsinə öldürülmüş şəxsin kimliyi müəyyən olunmayb. Habelə onun kəsilmiş qolları da hələ tapılmayıb. İstintaq-əməliyyat tədbirləri davam edir. (Sputnik Azərbaycan)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!