Bakıda DƏHŞƏTLİ QƏZA - 2 nəfər öldü, mətbuat katibinin oğlu xəsarət aldı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏTLİ QƏZA - 2 nəfər öldü, mətbuat katibinin oğlu xəsarət aldı (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonunda iki nəfərin ölümü ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb.

FHN-dən Publika.az-a verilən xəbərdə bildirilir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda, Bakı-Ələt magistral avtomobil yolunun 18-ci kilometrliyində “Opel” və “Subaru” markalı iki minik avtomobilin toqquşması haqqında məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri “Opel” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlunun və sərnişin, 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, “Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

O, qəza nəticəsində yüngül xəsarət alıb.

***

Bakıda ağır yol qəzası baş verib.

Publika.az "SalamNews"a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib. Belə ki, yolda hərəkətdə olan "Subaru" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.

Qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur. Hazırda faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm