• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

Gömrükçülər avtomobildə gizlədilmiş külli miqdarda mobil telefon aşkarladı - FOTO

  • Hadisə
  • 8 Sentyabr 2017 12:35
  • 280 Baxış
Gömrükçülər avtomobildə gizlədilmiş külli miqdarda mobil telefon aşkarladı - FOTO

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefon və aksesuarlarının gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Publika.az-a verilən məlumata görə, idarənin “Sadıxlı” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Vüqar Yusifovun idarə etdiyi “Mercedes-Benz 180” markalı, 90 FZ 536 dövlət nömrə nişanlı avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol karniz bölməsinin kəsilməsi ilə xüsusi düzəldilmiş yerlərində gizlədilən - 28 ədəd “Sunlean model S2”, 49 ədəd “Xinova T210” markalı mobil telefonlar və mobil telefona aid 98 ədəd adapter, eləcə də arxa oturacağın arxasında gizlədilən 92 ədəd mobil telefon qutusu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>