• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

Prokuror jurnalistə 10 il həbs cəzası istədi

  • Hadisə
  • 8 Sentyabr 2017 14:51
  • 1 864 Baxış
Prokuror jurnalistə 10 il həbs cəzası istədi

İsmayıllıda yaşayan bir sıra media orqanları ilə bölgə müxbiri kimi əməkdaşlıq edən Elçin İsmayıllının məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Elçin İsmayıllının 10 il həbs cəzası almasını təklif edib.

Növbəti proses sentyabrın 15-nə təyin edilib.

Elçin İsmayıllı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə verilmiş ittiham edilir.

Elçin İsmayıllı 17 fevral 2017-ci ildə İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

Elçin İsmayıllı özünü təqsirli bilməyib və saxlanılarkən üzərində olan 1000 manatı illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyib.

Hacı Zeynalov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>