Qəbələdə meşə yanğınları söndürüldü
Bizi izləyin

Hadisə

Qəbələdə meşə yanğınları söndürüldü

Avqustun 28-dən Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğının söndürülməsi əməliyyatı başa çatıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın sentyabrın 7-də saat 17:00 radələrində söndürülüb.

Ötən günlər ərzində həyata keçirilmiş təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınların yaşayış məntəqələrinə və təsərrüfat sahələrinə keçməsinin qarşısı alınıb, əhali arasında xəsarət alan olmayıb. Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm