Bakı-Quba yolunda qəza
Bizi izləyin

Hadisə

Bakı-Quba yolunda qəza

Səhər saatlarında Bakı-Quba yolunun İqriq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, "VAZ-21099" markalı avtomobili idarə edən Ağcabədi rayon sakini, 1952-ci il təvəllüdlü, Vəliyev Məcid Yaqub oğlu idarəetməni itirərək qəzaya uğrayıb.

Avtomobildə tək olan sürücü Quba Təcili Tibbi Yardım briqadası tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilərək Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralıya alt dodağının didilmiş-cırılmış yarası, sağ baldırın orta 1/3-nin açıq sınığı, sağ topuq oynağının açıq sınığı diaqnozu qoyulub.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm