Məcburi köçkünlər məskunlaşan klub binasında yanğın: 3 ailə evsiz qaldı - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Məcburi köçkünlər məskunlaşan klub binasında yanğın: 3 ailə evsiz qaldı - YENİLƏNİB

Ağcabədinin Hüslü kənd klubunda yanğın binanın məcburi köçkünlər məskunlaşan hissəsində elektrik naqilində qısaqapanma nəticəsində baş verib.

Ümumilikdə 6 məcburi köçkün ailənin yaşadığı binada yanğın zamanı 3 ailənin yaşadığı otaqlar - 192 kvadratmetr yaşayış sahəsi yanıb.

Yanğın baş verən zaman binada fəaliyyət göstərən Hüslü kənd uşaq baxçasının əşyaları otaqdan çıxarılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Ağcabədidə iki mərtəbəli klub binası yanır.

Hadisə rayonun Hüslü kəndində baş verib.

Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Ağdam rayon yanğınsöndürən briqadasının 6 maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın hazırda davam edir. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm