Şəmkirdə yaşlı kişi amansızcasına döyüldü
Bizi izləyin

Hadisə

Şəmkirdə yaşlı kişi amansızcasına döyüldü

Faktla bağlı araşdırma aparılır.

Şəmkirin Seyfəli kəndində yaşlı kişi döyülüb.

Publika.az xəbər verir ki, 65 yaşlı yerli sakin Məhəmməd Quliyev tanışı tərəfindən linglə döyülərək ağır xəsarət alıb.

İnsidentin hansı səbəbdən baş verdiyi bilinmir. Hadisəni törədən şəxs və ya şəxslər yaşlı kişini ağır vəziyyətdə küçədə qoyaraq oradan uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslər tərəfindən hadisə yerinə təcili yardım çağrılıb və yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm