Gəncədə iki avtomobil toqquşdu
Bizi izləyin

Hadisə

Gəncədə iki avtomobil toqquşdu

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb.

“QAZel”lə “VAZ 21012” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 1974-cü il təvəllüdlü Bağırov Ceyhun müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bidlirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm