• USD 1,7002 0,00% EUR 1,9941 -0,65%
    • GBP 2,2440 -0,21% RUB 0,0287 +0,70%

Övladını maşın vurmasın deyə canını fəda edən ananın GÖRÜNTÜSÜ YAYILDI - FOTO (YENİLƏNDİ)

  • Hadisə
  • 15 Sentyabr 2017 16:19
  • 7 787 Baxış
Övladını maşın vurmasın deyə canını fəda edən ananın GÖRÜNTÜSÜ YAYILDI - FOTO (YENİLƏNDİ)

Ötən gün övladını maşın vurmasın deyə onu qurtarıb özünü fəda edən ananın görüntüləri yayılıb.

Publika.az həmin gotonu təqdim edir:

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisində avtobusun törətdiyi qəza nəticəsində 29 yaşlı qadın ölüb:

“Qadın yanında azyaşlı uşağı ilə yolu keçərkən avtobus onu vurub. Avtobusun üstünə gəldiyini görən qadın uşağını kənara itələyib. Avtobus qadını vurub, o hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb”.

***

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.

39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı, sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.

Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>