Şəmkirdə avtomobil aşdı - 4 yaralı
Bizi izləyin

Hadisə

Şəmkirdə avtomobil aşdı - 4 yaralı

Şəmkirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Zəyəm-Düyərli avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “Hyundai Santafe” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Düyərli kənd sakinləri 2000-ci il təvəllüdlü Qəmbərov Bilal Araz oğlu, 2001-ci il təvəllüdlü Hüseynov Səbuhi Şahin oğlu, 2000-ci il təvəllüdlü Quliyev Elvin Natiq oğlu, 1998-ci il təvəllüdlü İsmayılov Əkbər Əbülfət oğlu. Yaralılardan Bilal Qəmbərovun vəziyyəti kafi, digər üç nəfərin vəziyyəti isə normal qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm