Bakıda şirkətdən oğurluq edənlər tutuldu
Bizi izləyin

Hadisə

Bakıda şirkətdən oğurluq edənlər tutuldu

Bakının Nərimanov rayonu ərazisindəki şirkətlərdən birinə məxsus anbardan 6000 manat dəyərində məişət cihazlarının ehtiyat hissələri oğurlanıb.

Publika.az xəbər verir ki, hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Məhəmməd Əkbərov və Şirvan şəhər sakini Mahir Əhmədov tutulublar.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm