Şəmkir sakini su quyusunda can verdi
Bizi izləyin

Hadisə

Şəmkir sakini su quyusunda can verdi

Şəmkir sakini su quyusuna yıxılaraq ölüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:13-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm