Son günlər Xızıda 5731 ədəd partlamamış hərbi sursat tapılıb
Bizi izləyin

Hadisə

Son günlər Xızıda 5731 ədəd partlamamış hərbi sursat tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tərəfindən Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 4 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Publika.az ANAMA-ya istinadən xəbər verir ki, 366 ədəd partlamamış hərbi sursat (PHS), 149 ədəd partlamış-yanmış mərmi qalıqları və 1460 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 189,000 kv.m (18.90 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 20 gün ərzində 12 ev, 44 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 28 əkin sahəsinə, 9 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 5731 ədəd partlamamış hərbi sursat (PHS), 3 338 ədəd partlamış-yanmış sursat qalıqları və 6 868 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 35 946 738 kv.m (3 594.67 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm