Şəkidə CİNAYƏT: Maşının qarşısını kəsdi, sürücünü bıçaqladı
Bizi izləyin

Hadisə

Şəkidə CİNAYƏT: Maşının qarşısını kəsdi, sürücünü bıçaqladı

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.

Şəkidə bıçaqlanma hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Rəhim oğlu Abdurəhmanov "90-MC-583" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, anidən qarşısını naməlum şəxs kəsərək onu bıçaqlayıb.

Yaralanan sürücü idarəetməni itirib və avtomobili maneəyə çırpıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.

Yaralı sürücü "təcili yardım" maşını ilə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qolun üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hazırda polis hadisəni törədən şəxsin axtarışlarını davam etdirir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm