Neftçalada qəza: avtomobil motosikletlə toqquşdu
Bizi izləyin

Hadisə

Neftçalada qəza: avtomobil motosikletlə toqquşdu

Faktla bağlı araşdırma aparılır.

Neftçalada 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Ballıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobilin motosikletlə toqquşması nəticəsində rayonun Ballıcalı kənd sakinləri, 20 yaşlı Ayaz Bulud oğlu Məmmədli və 22 yaşlı Rəfael Ramiz oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra hər iki yaralı Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm