Hadisə
Göyçayda ağır qəza: ölən və yaralananlar var
Göyçayda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır
xəsarət alan iki nəfərdən biri dünyasını dəyişib.
Bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil
yolunun 212-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi
ərazisində "VAZ 2106" makralı minik avtomobili qarşı tərəfdən gələn
"QAZ 53" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "VAZ 2106"nın sürücüsü, Qarabaqqal kənd sakini
1982-ci il təvəllüdlü Musayev Səbuhi Şəmsəddin oğlu və həmkəndlisi
olan sərnişini 1995-ci il təvəllüdlü Həsənov Elçin Ayaz oğlu ağır
bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına
yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Şəmsəddin Musayev
xəstəxanada dünyasını dəyişib. Elçin Həsənovun vəziyyəti ağır
olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat
şöbəsi tərəfindən araşdırma aparılır.
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi