Alimlər Moskvada tapılmış XVI əsr fars badəsindəki YAZILARI DEŞİFRƏ ETDİLƏR
Bizi izləyin

Hadisə

Alimlər Moskvada tapılmış XVI əsr fars badəsindəki YAZILARI DEŞİFRƏ ETDİLƏR

Tunc badənin üzərində fars şairi Hafiz Şirazinin sətirləri yazılıb.

Publika.az xəbər verir ki, Moskvada tapılmış XVI əsrə aid tunc qabın üzərindəki yazını tərcümə etmək mümkün olub. Bu haqda paytaxt meriyasının rəsmi portalında bildirilir.

Badənin qəlpələrində fars şairi Hafiz Şirazinin şeirləri həkk olunub. Fars dilindən tərcümədə sətirlərdə dost məclisi haqda söhbət gedir.

Məlumata görə, badənin fraqmentləri yerin 3 metr dərinliyində idi. Diqqətəlayiqdir ki, badənin qəlpələri ilə birlikdə İvan Qroznının dövrünə aid sikkələr və silah predmetləri də tapılıb.

Qeyd edək ki, tunc qabın yalnız 75%-i yaxşı vəziyyətdə qalıb.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm