• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

Bakıda GÜCLÜ YANĞIN: 10 nəfər... - VİDEO (YENİLƏNDİ)

  • Hadisə
  • 19 Sentyabr 2017 18:00
  • 904 Baxış
Bakıda GÜCLÜ YANĞIN: 10 nəfər... - VİDEO

“Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənmə ilə təcili yardıma müraciət edib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, müraciətlərin hamısı tüstüdən boğulma ilə bağlı olub: “Onların hamısına ilkin yardım göstərilərək evə buraxılıb. Həmin şəxslərin 9-u kişi, 1-i qadındır”.

***

"Gazelli Group" şirkətinin mətbuat xidmətinin rəhbəri Yelena Eyvazlı Feysbuk səhifəsində yazıb ki, şirkətə məxsus anbarların birində qısaqapanma baş verib:

"Qısaqapanmanın yanğına çevrilməsinin qarşısı qısa müddət ərzində alınıb. Hazırda heç bir problem yoxdur. Hadisə zamanı şirkət əməkdaşlarının və ətrafda olan insanların sağlamlığına heç bir zərər dəyməyib. Bəzi KİV-də guya hadisə zamanı bir neçə insanın halının pisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisənin nədən baş verdiyi ilə bağlı araşdırmalara başlanılıb, istintaq davam edir, nəticələr ictimaiyyətə açıqlanacaq"

***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində "Gazelli Group"a məxsus anbarda baş vermiş yanğın saat 17:00-da söndürülüb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, artıq yanğın söndürülüb.

Məlumatda bildirib ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

****

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.

Hadisə ilə bağlı FHN-dən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.


Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>