Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

Hacıqabulda məsciddən oğurluq edən şəxs narkotiklə saxlanılıb.

Publika.az xəbər verir ki, Hacıqabulda yerləşən Hacıyadulla məscidi dini icmasından Hacıqabul Rayon Polis Şöbəsinə oğurluq barədə ərizə daxil olub. Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Cahangirov Sirac Şakir oğlu saxlanılıb. Saxlanılan zaman onun üzərindən 0,161 qram heroin aşkar edilərək götürülüb.

Oğurlanan əşyalar - ümumilikdə dəyəri 200 manat olan su nasosu, səsgücləndirici və maqnitofon maddi sübut kimi götürülərək istintaq işinə əlavə edilib.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm