Zaqatalada 3 hektar ərazi yandı
Bizi izləyin

Hadisə

Zaqatalada 3 hektar ərazi yandı

Sentyabrın 24-ü saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş vermiş yanğın söndürülüb.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğın bu gün səhər saat 06:45 radələrində söndürülüb.

Yanğın zamanı təqribən 3 hektara yaxın ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm