• USD 1,7000 0,00% EUR 1,9978 -0,46%
    • GBP 2,2839 -0,56% RUB 0,0273 0,00%

“26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi - FOTO (YENİLƏNDİ)

  • Hadisə
  • 25 Sentyabr 2017 11:56
  • 520 Baxış
“26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi - FOTO (YENİLƏNDİ)

Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adının dəyişdirilib “2 Aprel” adlandırılması aprel döyüşləri ilə bağlıdır.

Bu barədə Publika.az-a rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorundan məlumat verilib.

İcra Hakimiyyətindən bildirilib ki, küçənin adının dəyişdirilməsi barədə qərar son vaxtlar onun barəsindəki müzakirələrlə bağlı deyil.

“Bu barədə qərar çoxdan verilib. Sadəcə adın dəyişdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətindən cavab gözlənilirdi. Onlar qərarı təsdiqlədikdən sonra küçənin adı dəyişdirildi”.

***

Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib.

Həmin küçə “2 aprel” adlandırılıb.

“Report” məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) rəsmi açıqlama almaq istəyib. Lakin RİH-dən bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavablandıra bilər. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə “Report”un əməkdaşı ilə söhbətində məsələdən xəbərsiz olduğunu, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.

Qeyd edək ki, Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, həmin küçənin “26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu. Buna görə Bakı Şəhər İcra Hakimiyyəti tənqid olunurdu.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>