FHN BP-nin baş ofisindəki yanğınla bağlı məlumat yaydı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

FHN BP-nin baş ofisindəki yanğınla bağlı məlumat yaydı - FOTO - (YENİLƏNDİ)

Publika.az FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda 16 mərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompüter avadanlığı yanıb. Otaq və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Publika.az-a bildirib ki, Neftiçələr prospekti 153 ünvanında yerləşən ofisdə elektrik naqillərində yaranan nasazlıq səbəbi ilə yanğın alarmı işə salınıb:

"Naqillərdə qısaqapanma səbəbindən qısamüddətli nasazlıq yaranıb. İşçilərin binadan evakuasiya olunmasının səbəbi birbaşa onların təhlükəsizliyi ilə bağlıdır. Nasazlıq aradan qaldırılıb. Şirkətdə hər kəs işinə davam edir. Heç bir ciddi problem yaşanmayıb".

***

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, BP-nin Neftçilər prospektində yerləşən ofisində qısaqapanma olub.

Həyata keçirilən tədbirlər nəticəsində qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.

***

BP-nin Bakıdakı baş ofisində tüstülənmə olub.

Report xəbər verir ki, əraziyə yanğınsöndürənlər gəlib.

BP-nin bütün işçiləri binadan təxliyə edilib.

Qeyd edək ki, ofis Neftçilər prospektində yerlləşir.

Könül

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm